Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir”.Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.Ölkə başçısının sözlərinə görə, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.  Prezident onu da qeyd edib ki, pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil: “Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən, bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır”.Görünən odur ki, ölkənin rəqəmsallaşdırılması əsas zərurətə çevrilib. Maraqlıdır,  rəqəmsallaşdırma və informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi ölkəmizə nə vəd edir və bu istiqamətdə aparılan siyasət bizə nə verəcək? Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov dünyada yeni dönəmin başlandığını söyləyib: “Son 6 ayda bizim qarşımızda yeni dünya açıldı. Əslində, bütün dünya son 10 ildə bu prosesə hazırlaşırdı. Lakin pandemiya bütün planları surətləndirdi və zəruriləşdirdi. Artıq biz rəqəmsal dünyanın önəmini, gücünü və vacibliyini dərk etməyə başlayırıq. Sevindirici haldır ki, son 5 ildə Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa iradəsi ilə texnoloji imkanlarımızı yeniləməyi, tətbiq etməyi və təkmilləşdirməyi bacarmışıq. Bu gün artıq süni peykimiz var, beynəlxalq standartlara cavab verən texnologiya parklarımız mövcuddur. Eyni zamanda, son 10 ildə kifayət qədər ciddi kadrlarımız formalaşıbdır. Lakin bütün bunlar ümumi işlərin yalnız bir hissəsidir. Prezident son çıxışında, əslində, texnoloji inkişafın strateji yol xəritəsi təqdim etdi. Hesab edirəm ki, istisnasız bütün sahələr rəqəmsal alətləri tətbiq etməli, eyni zamanda, bunun təhlükəsizlik tərəfini təmin etməlidir. Pandemiyadan sonra dünya əvvəlki düzəninə qayıtmayacaq. Bu mənada, ayaqda qalmaq istəyən, inkişaf etmək istəyən ölkələr, cəmiyyətlər mütləq bu reallığı dərk etməlidir. Bundan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ən qısa zamanda innovativ və interaktiv startapları dəstəkləməli, mümkün olarsa müsabiqə elan etməlidir. Prezident rəqəmsal alətlərin tətbiqinin nə qədər zəruri olduğunu çox aydın və sistemli şəkildə izah etdi. Bu mənada, rahat şəkildə deyə bilərik ki, qarşıda bizi olduqca gərgin, eyni zamanda maraqlı dünya gözləyir”