Haqqında

Səbuhi Abbasov 16 noyabr 1985-ci ildə Mingəçevir anadan olmuşdur. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olmuşdur. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Regionşünaslıq ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Heç bir partiyanın üzvü deyil.

Bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzrə Tələbə Həmkarların sədri və Universitet üzrə TGT-nin sədri vəzifələri icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını (ASGA) təsis edərək 200-dən artıq beynəlxalq və yerli layihələr həyata keçirmişdir. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Məzun 2007” diplomuna layiq görülmüşdür.

ASGA Gənclər və İdman Nazirliyi tərəfindən 2017 və 2018-ci illərdə İLİN ƏN FƏAL GƏNCLƏR TƏŞKİLATI mükafatına layiq görülmüşdür.

Bir çox xarici ölkələrdə (Avstriya, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Belarus və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil etmişdir.

2008-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor vəzifəsində çalışmışdır.

Hal-hazırda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ictimai birliyinin sədri, THE SEVEN MEDIA GROUP-un baş direktorudur. 2007-2012-ci illərdə BBC, CNN, TRT, RTR, ORT və bu kimi mühüm kanallarda təcrübə keçmişdir. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

Ailəlidir, 3 övladı var.

Atası Abbasov Mübariz Tovariş oğlu 1958-ci ildə Göyçə mahalı, Basarkeçər rayonunda anadan olmuşdur. İxtisasca mühəndis olub. 2015-ci ildə rəhmətə gedib.

Anası Abbasova Qətibə Sədr qızı 1961-cı ildə Göyçə mahalı, Basarkeçər rayonunda anadan olmuşdur.. İxtisasca ingilis-dili müəlliməsi olmuşdur. 2014-cü ildə rəhmətə gedib.  

Bacısı Abbasova Aidə Mübariz qızı Göyçə mahalı, Basarkeçər rayonunda anadan olmuşdur. Texniki elmlər doktorudur. Hal-hazırda Mingəçevir Dövlət Universitetində kafedra müdiridir.

Bacısı Abbasova Vəfa Mübariz qızı Göyçə mahalı, Basarkeçər rayonunda anadan olmuşdur. Hal-hazırda Riyaziyyat fənni üzrə müəllimədir.

Qardaşı Abbasov Sübhi Mübariz oğlu Göyçə mahalı, Basarkeçər rayonunda anadan olmuşdur. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin məzunudur. Hal-hazırda özəl sahədə çalışır.

Qardaşı Abbasov Səddam Mübariz oğlu Mingəçevir şəhərində anadan olub. Hal-hazırda kiçik bizneslə məşğuldur.

www.asga.az

www.SabuhiAbbasov.com

E-mail/ abbasov_sebuhi@yahoo.com

Facebook/ Sebuhi Mubarizoglu Abbasov

Twitter/ Sabuhi Abbasov

Linkedin/ Sabuhi Abbasov

Instagram/ sebuhiabbas

Follow by Email
Facebook
Facebook
YouTube
YouTube
LinkedIn
Instagram